Əsas Səhifə > Hadisə > Bakıda avtomobilin vurduğu 57 yaşlı kişi 19 gün sonra ölüb

Bakıda avtomobilin vurduğu 57 yaşlı kişi 19 gün sonra ölüb


Dünən, 14:35


Bakıda avtomobilin vurduğu 57 yaşlı kişi 19 gün sonra ölüb.

Şəffaflıq.az xəbər verir ki, sentyabrın 21-də paytaxtın Nizami rayonu, B.Nuriyev küçəsində Ordubad rayon sakini, 1994-cü il təvəllüdlü Sadiq Şükür oğlu Əsgərov idarə etdiyi "Hyundai" markalı 77 MG 064 N-li avtomobillə yolu keçən Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Füzuli Həsən oğlu Məmmədovu vurub.

Xəstəxanaya yerləşdirilən F.Məmmədov oktyabrın 9-da orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt