Əsas Səhifə > Hadisə > Sabirabadda toyda bıçaqlanan 38 yaşlı kişi ölüb
Sabirabadda toyda bıçaqlanan 38 yaşlı kişi ölüb10-10-2025, 09:05 |
|
Sabirabadda toy mərasimində bıçaqlanan şəxs ölüb. Şəffaflıq.az-ın məlumatına görə, rayonun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü İsrafilov Telxas Telman oğlu toy mərasimində bıçaqlanıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, səhər saatlarında vəfat edib. Hadisəsini törətməkdə şübhəli bilinən Qaragüney kənd sakini, İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Muradov Xəqani polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |