Əsas Səhifə > Hadisə > Gəncədə yeniyetmənin öldürülməsi ilə bağlı cinayət işi başlanıb
Gəncədə yeniyetmənin öldürülməsi ilə bağlı cinayət işi başlanıbBu gün, 14:35 |
Gəncədə yeniyetmənin öldürülməsi faktı üzrə cinayət işi başlanıb. Şəffaflıq.az xəbər verir ki, oktyabrın 8-də saat 12 radələrində Gəncə şəhəri, Mahrasa bağı 94 ünvanında 2009-cu il təvəllüdlü C.Vəliyevin (şərti) ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2007-ci il təvəllüdlü B.Zamanovun (şərti) bıçaqla xəsarətlər yetirməklə C.Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. B.Zamanov könüllü gələrək polisə təslim olub və şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir. Geri qayıt |