Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya Xerson və Odessaya zərbələr endirib, ölən və yaralananlar var

Rusiya Xerson və Odessaya zərbələr endirib, ölən və yaralananlar var


Bu gün, 11:59


Ukraynanın Xerson vialayətinin yaşayış məntəqələrinə Rusiyanın hücumları nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb.

Şəffaflıq.az-ın məlumatına görə, bunu Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqram kanalında bildirib.

"Hücumlar nəticəsində on ev dağıdılıb, inzibati binalar və şəxsi avtomobillər zədələnib. Rusiyanın hücumu nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb", - A.Prokudin bildirib.

Bundan əlavə, Rusiya tərəfindən pilotsuz uçuş aparatlarından istifadə edilərək Odessa vilayətinə edilən kütləvi hücum nəticəsində genişmiqyaslı yanğınlar baş verib. Ən azı beş nəfər xəsarət alıb.


Geri qayıt