Əsas Səhifə > Hadisə > Qubada avtomobil piyadanı vuraraq öldürüb
Qubada avtomobil piyadanı vuraraq öldürübBu gün, 11:57 |
Qubada avtomobil piyadanı vuraraq öldürüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu gün səhər saat 08:50 radələrində Bakı–Quba yolunun 27-ci kilometrliyində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata əsasən, 1984-cü il təvəllüdlü, Bakı şəhər sakini Ruslan Ağammədov idarə etdiyi "Chevrolet" markalı, 77-YR-183 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan 1995-ci il təvəllüdlü piyada Kənan Nəsirovu vurub. Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır. Geri qayıt |