Əsas Səhifə > Hadisə > Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub


Bu gün, 10:41


Şamaxı rayonunun Mirikənd kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Ehtiyar Şirinov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Şəffaflıq.az


Geri qayıt