Əsas Səhifə > Hadisə > Sabirabadda avtomobil traktora çırpılıb, xəsarət alanlar var
Sabirabadda avtomobil traktora çırpılıb, xəsarət alanlar varBu gün, 09:38 |
Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobili qarşıda gedən traktorun arxa hissəsinə çırpılıb. Qəza nəticəsində Sabirabad rayonunun Şəhriyar kənd sakinləri, 2010-cu il təvəllüdlü Vəliyeva Sevgili Qənbər qızı, 1980-cı il təvəllüdlü Həsənova Gülnarə Əli qızı və 1974-cü il təvəllüdlü Vəliyev Qənbər Məhəmməd oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |