Əsas Səhifə > Hadisə > Sumqayıtda çay evində yanğın olub

Sumqayıtda çay evində yanğın olub


Bu gün, 09:29


Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin 1-ci məhəlləsində yerləşən, 2000-ci il təvəllüdlü Cəbiyev Abdulla Valid oğluna məxsus çay evində qeydə alınıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb. Hadisənin səbəbləri araşdırılır.


Geri qayıt