Əsas Səhifə > İnfrastruktur > Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunubBu gün, 16:43 |
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 11-12-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək. Bu barədə Şəffaflıq.az ADY-yə istinadən xəbər verir. Məlumata görə, eyni zamanda, sentyabrın 29-dan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfərlər təşkil olunur. Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar. Geri qayıt |