Əsas Səhifə > SİYASƏT > Baş İdarə onlayn qumar şəbəkəsinə qarşı əməliyyat keçirib, saxlanılanlar var
Baş İdarə onlayn qumar şəbəkəsinə qarşı əməliyyat keçirib, saxlanılanlar varBu gün, 14:15 |
Onlayn qumar oyunları təşkil etməkdə şübhəli bilinən şəxslərlə qarşı əməliyyat keçirilib. Bu barədə Şəffaflıq.az Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatlar zamanı 42 yaşlı Həsən Səbili, 33 yaşlı Orxan İbrahimli və əlbir olduğu 28 yaşlı Taleh Ağayarov, həmçinin 36 yaşlı Salman Cəfərov və tanışı 35 yaşlı Rauf Hüseynov saxlanılıblar. Adları sadalanan şəxslər ölkədən kənarda yaradılan "7isles", "fastloto.com" və "chcplay.net" internet saytlarında təşkil edilmiş qumar oyunlarının idarəçiləri ilə cinayət əlaqəsinə keçərək əlbir olublar. Daha sonra onlar həmin saytlar üzərindən sosial şəbəkələrdə "Ambassasdor", "Kazino 555", "VİP 888", "Shangrila" və digər səhifələr açaraq yerli vətəndaşları mərc oyunlarına cəlb ediblər. Saxlanılan şəxslərin istifadə etdikləri ofis və mənzillərə baxış zamanı elektron sübutlar, bank kartları, çoxsaylı mobil nömrə və s. sübutlar aşkarlanıb. Araşdırmalarla dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə edildiyi də müəyyən olunub. Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Geri qayıt |