Əsas Səhifə > Hadisə > Qəbələdə avtomobil beton dirəyə çırpılıb, ölən və xəsarət alanlar var
Qəbələdə avtomobil beton dirəyə çırpılıb, ölən və xəsarət alanlar varBu gün, 11:40 |
Qəbələdə avtomobil beton dirəyə çırpılıb. Şəffaflıq.az xəbər verir ki, Qasımov Elvin Qasım oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Bum qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarındakı beton dirəyə çırpıb. Nəticədə avtomobildə olan sərnişin Hüseynov Cahid Mikayıl oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücünün özü və avtomobildə olan digər sərnişin Mahmudov Laçın İmam oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb. Geri qayıt |