Əsas Səhifə > EKOLOGİYA > Azərbaycanda qanunsuz ov edən əcnəbilərin sayı açıqlanıb

Azərbaycanda qanunsuz ov edən əcnəbilərin sayı açıqlanıb


Dünən, 12:51


Azərbaycanda bu ilin 9 ayı ərzində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumları nəzarət tədbirləri nəticəsində 122 nəfəri saxlayıb.

Bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxslərdən 10-u xarici ölkə vətəndaşıdır.

"Onlar barəsində qanunamüvafiq tədbirlər görülüb. Qanunsuz ov faktları ilə bağlı ümumilikdə 121 min 878 manat məbləğində cərimə tətbiq olunub", - o əlavə edib.

Şəffaflıq.az


Geri qayıt