Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İstirahət günlərinin hava PROQNOZU
İstirahət günlərinin hava PROQNOZU14-02-2020, 20:45 |
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Şəffaflıq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 16-da axşam arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil olacaq. Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, fevralın 15-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti təşkil edəcək. Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, fevralın 15-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti təşkil olacaq. Naxçıvan MR-də havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 16-da axşam arabir qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, fevralın 15-də arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4, gündüz 7-10 dərəcə isti təşkil olacaq. Geri qayıt |