Əsas Səhifə > XARİCİ XƏBƏR > Axios: Netanyahu Trampın HƏMAS-la bağlı verdiyi reaksiyaya təəccüblənib
Axios: Netanyahu Trampın HƏMAS-la bağlı verdiyi reaksiyaya təəccüblənib4-10-2025, 09:20 |
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Fələstinin radikal HƏMAS hərəkatının sülhə hazır olduğunu və yəhudi dövlətinin Qəzza zolağının bombalanmasını dayandırmalı olduğu barədə bəyanatından təəccüblənib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə sosial şəbəkə hesabında Amerikanın "Axios" onlayn portalının jurnalisti Barak Ravid mənbələrə istinadən yazıb. "İsrail rəsmisinin qeyd etdiyi kimi, Netanyahu prezident Trampın cavabından təəccüblənib", – müxbir yazıb. Mənbəninn sözlərinə görə, Netanyahu HƏMAS-ın cavabını faktiki olaraq "Trampın planının rədd edilməsi" kimi dəyərləndirib. Jurnalist aydınlaşdırıb ki, İsrailin Baş naziri bu mövqeyi Trampın bəyanatı dərc edilməmişdən əvvəl ABŞ-la məsləhətləşmələr zamanı açıqlayıb. Mənbənin sözlərinə görə, Netanyahu bu məsləhətləşmələr zamanı "cavab tədbirləri ilə bağlı ABŞ-la koordinasiyanın zəruriliyini" vurğulayıb. Bundan əvvəl Tramp Truth Social-da yazıb ki, o, HƏMAS-ın davamlı sülhə hazır olduğuna inanır. Amerika lideri əlavə edib ki, İsrail Qəzzanı bombalamağı dərhal dayandırmalıdır ki, girovlar tez və təhlükəsiz şəkildə azad edilsin. Geri qayıt |