Əsas Səhifə > Hadisə > Xaçmaz sakinindən 11 kiloqram marixuana aşkarlanıb
Xaçmaz sakinindən 11 kiloqram marixuana aşkarlanıb3-10-2025, 11:56 |
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş 59 yaşlı Nurməhəmməd Məmmədov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, onun üzərindən və gizlətdiyi yerdən ümumilikdə 11 kiloqram narkotik vasitə olan marixuana aşkar olunub. Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Şəffaflıq.az Geri qayıt |