Əsas Səhifə > XARİCİ XƏBƏR > İsrail ordusu Livana zərbə endirib

İsrail ordusu Livana zərbə endirib


3-10-2025, 10:15


İsrail Müdafiə Ordusu Livanın cənubunda radikal "Hizbullah" qruplaşmasına məxsus hədəflərə hava zərbəsi endirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Məlumata əsasən, İsrail Ordusunun zərbə endirdiyi hədəf Bofor qalası ərazisində yerləşib.

Ordunun mətbuat xidməti qeyd edib ki, zərbə nəticəsində döyüşçülərin yeraltı infrastrukturu vurulub.


Geri qayıt