Əsas Səhifə > MILLI MƏCLİS > Sahibə Qafarova G20 ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində iştirak edəcək

Sahibə Qafarova G20 ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində iştirak edəcək


1-10-2025, 10:40


Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına (CAR) işgüzara səfərə gedib.

Şəffaflıq.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətini Keyptaun beynəlxalq hava limanda CAR parlamentinin İctimai nəzarət komitəsinin sədri Cedrik Tomas Frolik, Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədri səfər çərçivəsində "Böyük iyirmilik" (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak edəcək.

S.Qafarovanın sammitdə çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.


Geri qayıt