Əsas Səhifə > REGİON > Türkiyədə istifadə olunmayan su quyusuna girən dörd nəfər ölüb

Türkiyədə istifadə olunmayan su quyusuna girən dörd nəfər ölüb


1-10-2025, 10:34


Türkiyənin Diyarbəkir vilayətində təmizləmək məqsədilə istifadə olunmayan su quyusuna girən dörd nəfər ölüb.

Şəffaflıq.az "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Çermik rayonunda qeydə alınıb.

Hadisəyə səbəb kimi generatorun işə düşməsi nəticəsində həmin şəxslərin zəhərlənməsi olub.

Hazırda cəsədlərin quyudan çıxarılması istiqamətində işlər görülür.


Geri qayıt