Əsas Səhifə > Hadisə > Əməkdar artist Cabir İmanov dəfn olunub
Əməkdar artist Cabir İmanov dəfn olunub30-09-2025, 16:05 |
Şəhriyar adına Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir. Şəffaflıq.az-ın xəbərinə görə, mərasimdə Cabir İmanovun yaxınları, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak edir. Qeyd edək ki, Cabir İmanov ötən gün günorta saatlarında ürəktutmasından vəfat edib. C.İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1992–2001-ci illərdə "Parni iz Baku" Şən və hazırcavablar klubunun (KVN) üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən və hazırcavablar klubunun Yay Kubokunun sahibi və 2000-ci ildə Şən və hazırcavablar klubu "Əsrin çempionu" olub. 2001-ci ildən "Planet Parni iz Baku" Şən hazırcavablar klubu teatrının aktyoru olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. Ailəli idi, 4 övladı var. Geri qayıt |