Əsas Səhifə > SİYASƏT > İtaliya Prezidenti Azərbaycana ikigünlük səfərə gəlir

İtaliya Prezidenti Azərbaycana ikigünlük səfərə gəlir


30-09-2025, 15:06


İtaliya Prezidenti Sercio Mattarella sentyabrın 30-dan oktyabrın 1-dək Azərbaycanda rəsmi səfərə gəlir.

Bu barədə Şəffaflıq.az İtaliya Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

İtaliya Prezidenti, Bakıya gəldikdən sonra ölkə rəsmiləri ilə danışıqlar aparacaq.

Bundan əlavə, oktyabrın 1-də Prezident S.Mattarella ADA Universiteti və bir neçə İtaliya universiteti ilə birgə yaradılmış İtaliya-Azərbaycan Universitetinin Bakıdakı kampusunu ziyarət edəcək.

O, həmçinin Şəhidlər xiyabanını ziyarət edəcək və Azərbaycandakı italyan icması ilə görüşəcək.


Geri qayıt