Əsas Səhifə > MILLI MƏCLİS > Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı qəbul edilib
Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı qəbul edilib30-09-2025, 15:00 |
Milli Məclisin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı qəbul edilib. Şəffaflıq.az xəbər verir ki, sənəd parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirə edilib. Qeyd edilib ki, sessiyanın qanunvericilik işləri planına 5 yeni qanun layihəsininin hazırlanması daxil edilib. Həmin sənədlər Dövlət Qulluğu Məcəlləsi, "Dövlət xidmətləri haqqında", "Daxili qoşunlar haqqında", "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" və "Uşaq hüquqları haqqında" qanun layihələridir. Qanunvericilik işləri planı səsverməyə qoyularaq qəbul edilib. Geri qayıt |