Əsas Səhifə > MILLI MƏCLİS > MM Azərbaycanın Bəhreyndə səfirliyinin təsis olunmasını təsdiqləyib

MM Azərbaycanın Bəhreyndə səfirliyinin təsis olunmasını təsdiqləyib


30-09-2025, 14:56


Milli Məclis Azərbaycanın Bəhreyn Krallığında səfirliyinin təsis olunmasını təsdiqləyib.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, səfirlik Manama şəhərində yerləşəcək.

Layihə bir oxunuşda qəbul edilib.


Geri qayıt