Əsas Səhifə > SİYASƏT > Lənkəranda dövlət-din münasibətlərinə həsr olunan konfrans keçirilib

Lənkəranda dövlət-din münasibətlərinə həsr olunan konfrans keçirilib


30-09-2025, 12:09


Lənkəranda "Dövlət-din münasibətləri və müasir çağırışlar" mövzusunda regional konfrans keçirilib.

Şəffaflıq.az-ın məlumatına görə, Lənkəran şəhər Mədəniyyət Mərkəzində təşkil olunan konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri iştirak ediblər.

Konfransda dini maarifləndirmə işinin əhəmiyyəti, bu sahədə mövcud ənənələrin qorunub saxlanılması və müasir dövrün tələblərinə uyğun yeni yanaşmaların tətbiqi məsələləri müzakirə edilib. Vəhdət və həmrəylik prinsiplərinin mənəvi dəyərlərin ayrılmaz tərkib hissəsi olaraq qorunması, eyni zamanda, bu dəyərlərin təbliği ilə bağlı fikir mübadiləsi aparılıb.

Regional konfrans "İdeoloji təhdidlərə qarşı maarifləndirmə işinin əhəmiyyəti" və "Vəhdət və həmrəylik: mənəvi dəyərlərin tərkib hissəsi" mövzularında iki paneldən ibarət olub.


Geri qayıt