Əsas Səhifə > REGİON > Türkiyədə avtoqəzada ikisi hərbçi olmaqla üç nəfər ölüb

Türkiyədə avtoqəzada ikisi hərbçi olmaqla üç nəfər ölüb


30-09-2025, 12:07


Türkiyənin Aksaray vilayətində yol-nəqliyyat hadisəsi nəticəsində ikisi hərbçi olmaqla üç nəfər həlak olub.

Şəffaflıq.az xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.

Bildirilib ki, hadisə Ortaköy rayonunda Ankara-Niğde avtomobil yolunda baş verib. Belə ki, mikroavtobus eyni istiqamətdə hərəkət edən jandarma avtomobilinə arxadan çırpılıb.

Məlumat əsasında əraziyə polis, jandarma və tibbi xidmət briqadaları göndərilib.

Qəza zamanı jandarma avtomobilindəki bir əsgərin hadisə yerində şəhid olduğu, mikroavtobusdakı bir nəfərin də həyatını itirdiyi müəyyən edilib.

Yaralanan başqa bir hərbi qulluqçu isə təcili yardımla aparıldığı Aksaray Təlim-Tədqiqat Xəstəxanasında müdaxiləyə baxmayaraq, həyatını itirib.


Geri qayıt