Əsas Səhifə > XARİCİ XƏBƏR > Tramp: Netanyahu ABŞ-nin Qəzza üzrə sülh planının şərtləri ilə razılaşıb

Tramp: Netanyahu ABŞ-nin Qəzza üzrə sülh planının şərtləri ilə razılaşıb


29-09-2025, 23:46


İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin Qəzza üzrə sülh planını qəbul edib.

Şəffaflıq.az "Sky News"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Netanyahu ilə görüşün yekunlarına dair mətbuat konfransında bəyan edib.

"Bu, çox vacib gündür, bəlkə də sivilizasiya tarixində ən böyük günlərdən biri", – Tramp deyib.

O, Netanyahuya işə həqiqətən girişdiyi və böyük iş gördüyü üçün təşəkkürünü bildirib.

"Biz bir çox digər ölkələrlə birlikdə yaxşı işlədik", – ABŞ lideri əlavə edib.


Geri qayıt