Əsas Səhifə > XARİCİ XƏBƏR > Ərdoğan: Trampla görüşüm çox məhsuldar keçdi

Ərdoğan: Trampla görüşüm çox məhsuldar keçdi


29-09-2025, 20:57


Sentyabrın 25-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüm çox məhsuldar keçdi.

Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra xalqa müraciətində deyib.

O bildirib ki, görüşdə bir çox məsələ müzakirə olunub: "100 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün birlikdə atacağımız addımları müzakirə etdik. İsrailin artan hücumları, Rusiya-Ukrayna müharibəsi və regiondakı hadisələr də gündəlikdə idi".

Ərdoğan müsbət keçən görüşün nəticələrinin yaxın zamanda özünü göstərəcəyini vurğulayıb.


Geri qayıt