Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ Kolumbiya Prezidentinin vizasını "qızışdırıcı hərəkətlərə görə" ləğv edəcək

ABŞ Kolumbiya Prezidentinin vizasını "qızışdırıcı hərəkətlərə görə" ləğv edəcək


27-09-2025, 09:19


ABŞ Dövlət Deparatmenti Kolumbiya Prezidenti Qustavo Petronun vizasını ləğv edəcəyini açıqlayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə departamentin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilb.

Bildirilib ki, Petro Nyu-York küçələrindən birində dayanaraq ABŞ əsgərlərini əmrlərə tabe olmamağa çağırıb.

"Biz qızışdırıcı hərəkətlərinə görə Petronun vizasını ləğv edəcəyik", - məlumatda bildirilib.

Qeyd edək ki, Kolumbiya Prezidenti BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-dədir.


Geri qayıt