Əsas Səhifə > XARİCİ XƏBƏR > Tramp mümkün şatdaunda günahın demokratlarda olacağını bildirib
Tramp mümkün şatdaunda günahın demokratlarda olacağını bildirib26-09-2025, 23:20 |
ABŞ Prezidenti Donald Tramp federal hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) halında buna görə Demokratlar Partiyasının məsuliyyət daşıyacağını bəyan edib. Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir. "Olacağa çarə yoxdur, bu olacaq. Amma hökumət yalnız demokratlara görə fəaliyyətini dayandıracaq", - Tramp deyib. Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı sürətlə inkişaf edərkən demokratlar qeyri-qanuni mühacirlərə milyardlarla dollar vermək və sərhədləri açmaq istədikləri üçün şatdaun istəyirlər. Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Nümayəndələr Palatasının müvəqqəti hökumət maliyyələşdirməsini noyabrın 21-dək uzadacaq qanun layihəsinin təsdiqini alqışlayıb. İndi qanun layihəsi Senat tərəfindən təsdiqlənməlidir. Senatda Respublikaçılar 100 səsdən 53-nə sahibdir, qanun layihəsini təsdiqləmək üçün isə 60 səs lazımdır. ABŞ-də mart ayında qəbul edilmiş və sentyabrın 30-da başa çatacaq müvəqqəti federal maliyyələşdirmə qanunu var. Əgər müddət uzadılmasa, şatdaun baş verəcək. Şəffaflıq.az Geri qayıt |