Əsas Səhifə > Hadisə > Sankt-Peterburqdan Gəncəyə gələn Azərbaycan vətəndaşından metadon götürülüb

Sankt-Peterburqdan Gəncəyə gələn Azərbaycan vətəndaşından metadon götürülüb


26-09-2025, 12:52

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Şəffaflıq.az Komitəyə istinadən xəbər verir ki, Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt- Peterburq - Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilib.



Geri qayıt