Əsas Səhifə > Hadisə > Şəkidə piyadanı avtomobillə vurub hadisə yerindən qaçan sürücü saxlanılıb
Şəkidə piyadanı avtomobillə vurub hadisə yerindən qaçan sürücü saxlanılıb26-09-2025, 10:40 |
Şəkidə piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü 1999-cu il təvəllüdlü Coşqun Vüqar oğlu Məmmədov saxlanılıb. Şəffaflıq.az xəbər verir ki, o, idarə etdiyi "Volksvagen Passat" markalı avtomobillə piyada 1997-ci il təvəllüdlü Əsgərov Hasil Ehtibar oğlunu vurub. Sürücü hadisə yerində qaçıb, piyada isə xəstəxanada ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə), 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb və C.Məmmədov şübhəli şəxs qismində tutulub. Geri qayıt |