Əsas Səhifə > ELM VƏ TƏHSİL > 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.


25-09-2025, 22:53


 Soyqırımı Memorial Kompleksinin təşkilatçılığı, kompleksin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə 27 Sentyabr –  Anım Gününə həsr olunmuş vebinar keçirilib.

Şəffaflıq.az xəbər verir ki, tədbirdə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan müxtəlif qoruqların 45-dən çox əməkdaşı iştirak edib. Vebinarda Azərbaycanın tarixi irsi, vətənpərvərlik ruhu, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və bu istiqamətdə aparılan maarifləndirici fəaliyyətlər müzakirə olunub.

Tədbirdə çıxış edən AMEA Z.Bünyadov adına Şərqşunaslıq İnstitutunun aparıcı elmi işçisi,  tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 2020-ci il 27 sentyabr tarixindən başlanan 44 günlük Vətən müharibəsi barədə geniş məlumat verib. O, müharibənin səbəbləri, gedişatı və Azərbaycanın tarixi ədaləti bərpa etməsi prosesinə toxunaraq şəhidlərin əziz xatirəsinin xalqın yaddaşında daim yaşayacağını bildirib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.



Geri qayıt