Əsas Səhifə > Maraqlı > “Şifrələmələr qorunacaq!” – “WhatsApp” istifadəçilərinə söz verdi

“Şifrələmələr qorunacaq!” – “WhatsApp” istifadəçilərinə söz verdi


13-02-2020, 21:57

 

“Facebook”a məxsus “WhatsApp” mesajlaşma xidməti fevralın 12-də bildirib ki, dünyada 2 milyarddan çox istifadəçisi gizliliyin təminatından ötrü şifrləməni qoruyub saxlayacaq.

“WhatsApp” “Facebook” tərəfindən 2014-cü ildə alınıb və “Facebook” “ailəsi”ndə ən çox istifadə olunan xidmətlərdən birinə çevrilib.

“WhatsApp” istifadəçilərə pulsuz yazışma, zəng və video zəng imkanı yaradır. “Vaxtilə yalnız üzbəüz mümkün olan şəxsi danışıqları indi uzaq məsafələrdən yazışmalar və videozənglərlə həyata keçirmək mümkündür. WhatsApp üzərində xeyli sayda vacib və xüsusi məqamlar baş verir və bu hədəfə çatmağımızdan şərəf duyuruq”,– xidmət bloq postunda bildirib.

Bəyanatda o da vurğulanır ki, “WhatsApp” istifadəçilərə özəl yazışmalara imkan verən “güclü şifrləmə”yə sadiqdir.

Bu arada Birləşmiş Ştatlar və bir sıra başqa ölkələr yazışmalara daha böyük çıxış istəyirlər. “Güclü şifrləmə müasir həyatımızda vacibdir. Təhlükəsizlik məsələsində güzəştə getməyəcəyik, çünki bu halda adamların təhlükəsizliyi azalar”,– “WhatsApp” bildirir.

Qeyd edək ki, “WhatsApp”, “Telegram” və digər mesajlaşma xidmətlərinin təhlükəsizliyi, istifadəçilərin gizliliyi sarıdan zaman-zaman Azərbaycanda da narahatlıq dilə gəlir.

Bəzi məhkəmə proseslərində istifadəçilərin yazışmalarının surətinin təqdim olunması bu narahatlığı daha da artırıb, özəlliklə ictimai-siyasi fəalların yazışmalarının hüquq-mühafizə orqanları tərəfindən izlənildiyi haqda versiyalar səslənib.

“WhatsApp” isə daha güclü qorumadan ötrü təhlükəsizlik ekspertləri ilə işlədiklərini, sui-istifadəni dayandırmaq üçün aparıcı texnologiya tətbiq edildiyini, gizliliyi qurban vermədən problemlər haqda xəbər vermək yollarının təklif olunduğunu vurğulayır.

Ötən həftə uşaqların mühafizəsi təşkilatları “Facebook”a müraciət edərək bütün platformalarında güclü şifrləmə planlarını dayandırmağa çağırıb. Belə ki, “WhatsApp”da tətbiq olunan istifadəçilər-arası şifrləmənin “Facebook Messenger” və “Instagram”a da tətbiq olunması gözlənir.

Uşaq qrupları narahatdırlar ki, daha güclü şifrləmə uşaq pornoqrafiyasının paylaşılmasını asanlaşdırar.

ABŞ, Britaniya və Avstraliya rəsmilər isə ötən ilin sonunda “Facebook”a çağırış edərək hakimiyyətə şifrləməni açmağa icazə verməyə çağırıb. Onlar bunun ekstremizm, uşaq pornoqrafiyası və digər cinayətlərlə daha yaxşı mübarizə aparmaq imkanı yaradacağını deyirlər.

“WhatsApp” və “Messenger” rəhbərləri,Will CathcartvəStan Çudnovskiüç ölkə rəsmilərinə məktublarında yazırdılar ki, bu cür “arxa qapı” girişi istifadəçiləri zəif duruma salmaqla yanaşı, “cinayətkarlara, hakerlərə və repressiv rejimlərə hədiyyə olar”.

Şəffaflıq.az


Geri qayıt