Əsas Səhifə > Hadisə > Sarayda avtomobil 57 yaşlı kişini vuraraq öldürüb
Sarayda avtomobil 57 yaşlı kişini vuraraq öldürüb25-09-2025, 09:47 |
Sarayda avtomobil piyadanı vuraraq öldürüb. Şəffaflıq.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Əliyev Heybət Talıb oğlu idarə etdiyi "Volkswagen" markalı avtomobili ilə Saray qəsəbəsi ərazisində, "Novxanı-Sumqayıt" yolu ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1968-ci il təvəllüdlü Fərzullayev Rəşid Zeydulla oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Geri qayıt |