Əsas Səhifə > Gündəm > Hüseynbala Mirələmovun seçildiyi dairənin də nəticələri ləğv olundu

Hüseynbala Mirələmovun seçildiyi dairənin də nəticələri ləğv olundu


13-02-2020, 21:50

 

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb.

Şəffaflıq.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK üzvü bildirib ki, 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib:

“Ümumilikdə məntqələrin sayı isə 40-dır”

İclasda həmin dairənin 21 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Beləliklə, həmin dairə üzrə nəticələr ləğv olunub.

Qeyd edək ki, bu dairədə YAP-ın namizədi Hüseynbala Mərələmov lider namizəd elan olunmuşdu.
Geri qayıt