Əsas Səhifə > Hadisə > Babək prospektində qəza olub, sürücü ölüb
Babək prospektində qəza olub, sürücü ölüb24-09-2025, 09:55 |
Babək prospektində baş verən yol qəzasında sürücü ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilbi ki, "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Babək prospektində "Babək" körpüsü üzərində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Chevrolet Aveo" markalı minik avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və vətəndaş deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 1996-cı il təvəllüdlü Məmmədli Allahverdi Məmməd oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |