Əsas Səhifə > XARİCİ XƏBƏR > Polşa Belarusla sərhədi açır
Polşa Belarusla sərhədi açır23-09-2025, 22:12 |
Polşanın daxili işlər naziri Marçin Kervinski sentyabrın 25-nə keçən gecə Belarusla "Qərb-2025" hərbi təlimləri ilə əlaqədar sentyabrın 12-dən bağlı qalan sərhəd-keçid məntəqələrində hərəkətin bərpası haqqında sərəncam imzalayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verilib. "Mən indicə Polşa-Belarus sərhədindəki sərhəd-keçid məntəqələrində nəqliyyatın hərəkətinin sabah gecə saat 00:00-da (Bakı vaxtı ilə 25 sentyabr 02:00-də – red.) bərpa edilməsi haqqında sərəncam imzaladım", - paylaşımda qeyd edilir. Geri qayıt |