Əsas Səhifə > Hadisə > Sitalçayda avtomobil beton arakəsməyə çırpılıb, sürücü ölüb
Sitalçayda avtomobil beton arakəsməyə çırpılıb, sürücü ölüb23-09-2025, 16:20 |
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, qəza Xızı rayonunun Sitalçay kəndi ərazisində qeydə alınıb. Belə ki, idarə etdiyi avtomobilin sükanına nəzarəti itirən 26 yaşlı Cəmil Hacıəliyev maşını yoldan çıxarıb və beton arakəsməyə çırpıb. Sürücü ağır xəsarətlərlə xəstəxanaya aparılsa da, həyatını itirib. Onun meyiti müvafiq ekspertizaya təqdim edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Geri qayıt |