Əsas Səhifə > İnfrastruktur > Şuşanın Baş planında daşınmaz əmlak layihələri üçün ərazilər müəyyənləşib
Şuşanın Baş planında daşınmaz əmlak layihələri üçün ərazilər müəyyənləşib23-09-2025, 15:24 |
Şuşanın Baş planında investorların daşınmaz əmlak layihələri həyata keçirə biləcəyi ərazilər müəyyən edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) 2-cü günündə bildirib. Onun sözlərinə görə, hazırda beynəlxalq məsləhətçilərlə birlikdə investorlar üçün texniki-iqtisadi əsaslandırmalar hazırlanır: "Paralel olaraq qonaqpərvərlik xidmətləri də yüksəldilir və məqsədimiz Şuşaya nüfuzlu beynəlxalq otel brendlərini cəlb etməkdir". A. Kərimov əlavə edib ki, dövlət proqramı çərçivəsində zəruri səhiyyə infrastrukturunun yaradılması da davam edir: "Artıq Şuşa Sağlamlıq Mərkəzi istifadəyə verilib. Burada sanatoriya-reabilitasiya xidmətləri, əməliyyat sonrası bərpa, xüsusi tibbi xidmətlər və bioloji testlərin aparılması üçün imkanlar mövcuddur. Şuşaya yaxın ərazidəki mineral su ehtiyatlarının şəhərə gətirilməsi üzərində də işlər aparılır". Geri qayıt |