Əsas Səhifə > Hadisə > Xaçmazda peşə məktəbinin tələbəsi bıçaqlanıb
Xaçmazda peşə məktəbinin tələbəsi bıçaqlanıb22-09-2025, 16:39 |
Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin şagirdi bıçaqlanıb. Şəffaflıq.az-ın məlumatına görə, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində tələbələr arasında yaranan mübahisə bıçaqlanma ilə bitib. Hadisə nəticəsində rayonun Yalama kənd sakini, 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, cərrahi əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən Mirzəyev Elnur Şahin oğlu saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır. Geri qayıt |