Əsas Səhifə > FUTBOL > Misli Premyer Liqasında bu gün V turun daha iki oyunu keçiriləcək.
Misli Premyer Liqasında bu gün V turun daha iki oyunu keçiriləcək.20-09-2025, 10:41 |
Misli Premyer Liqasında bu gün V turun daha iki oyunu keçiriləcək. Şəffaflıq.az-ın məlumatına görə, ilk olaraq "Kəpəz" "Qəbələ"nin qonağı olacaq. Qarşılaşma saat 17:00-da start götürəcək. Gəncə kollektivinin xalı yoxdur və sonuncu - 12-cidir. 1 xala malik "Qəbələ" isə 11-ci pillədə yer alıb. Günün ikinci matçında "Sabah" "Turan Tovuz"u qəbul edəcək. Bu görüş saat 19:30-da başlayacaq. 9 xala malik "Turan Tovuz" dördüncü, 4 xalı olan "Sabah" səkkizincidir. Misli Premyer Liqası I dövrə, V tur 20 sentyabr 17:00. "Qəbələ" – "Kəpəz" Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev. VAR: Nicat İsmayıllı. AVAR: Şirmamed Mamedov. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Asif Əliyev. Qəbələ şəhər stadionu 19:30. "Sabah" – "Turan Tovuz" Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov. VAR: Rəşad Əhmədov. AVAR: Əli Əliyev. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Seymur Səlimli. "Bank Respublika Arena" Qeyd edək ki, turun əvvəlki matçlarında "İmişli" "Karvan-Yevlax"ı 3:0, "Zirə" isə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib. Geri qayıt |