Əsas Səhifə > XARİCİ XƏBƏR > Ərdoğan Trampla görüşünün regiondakı münaqişələrin həllinə kömək edəcəyinə əmindir
Ərdoğan Trampla görüşünün regiondakı münaqişələrin həllinə kömək edəcəyinə əmindir20-09-2025, 10:38 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla keçiriləcək görüşün regiondakı münaqişələrin dayandırılmasına kömək edəcəyinə əmindir. Şəffaflıq.az xəbər verir ki , bu barədə Türkiyə lideri sosial şəbəkələrdə yazıb. "Əminəm ki, Prezident Trampla görüşümüz regionumuzdakı müharibə və münaqişələrin dayandırılmasına, həmçinin ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə kömək edəcək", - o qeyd edib. Ərdoğan ABŞ Prezidentini hörmətli həmkar və dost adlandırıb. O əlavə edib ki, Ağ Evdəki görüşdə ticarət, investisiya və müdafiə sənayesi sahələrində əməkdaşlığın inkişafı məsələləri də müzakirə olunacaq. Daha əvvəl Donald Tramp "Truth Social" sosial şəbəkəsində sentyabrın 25-də Vaşinqtonda Ərdoğanla danışıqlar aparmaq niyyətində olduğunu bildirib. Geri qayıt |