Əsas Səhifə > Hadisə > Bakıda qadın işlədiyi müəssisədə yıxılaraq ölüb
Bakıda qadın işlədiyi müəssisədə yıxılaraq ölübBu gün, 16:25 |
Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyeva sentyabrın 17-də döşəmənin sınması səbəbindən vəfat edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sözügedən şəxs binanın ikinci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmə sınıb. Nəticədə binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. Geri qayıt |