Əsas Səhifə > SİYASƏT > Milli Məclisdə Heydər Əliyev irsinə həsr olunan ictimai dinləmə keçiriləcək
Milli Məclisdə Heydər Əliyev irsinə həsr olunan ictimai dinləmə keçiriləcək18-09-2025, 14:09 |
|
Milli Məclisdə "Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi" mövzusunda ictimai dinləmə keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin Gənclər və İdman komitəsinin 2025-ci il payız sessiyası üzrə İş planına daxil edilib. İş planında, həmçinin, "Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclər və idman siyasətinin banisi kimi" mövzusunda regionlarda gənclərlə görüş də nəzərdə tutulub. Geri qayıt |