Əsas Səhifə > Hadisə > Qusarda həyətində çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxsdən 28 kiloqram narkotik aşkarlanıb
Qusarda həyətində çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxsdən 28 kiloqram narkotik aşkarlanıbBu gün, 13:32 |
Qusarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 47 yaşlı Adil Kərimxanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 100 kiloqram olan 117 ədəd çətənə (kannabis) kolu və 28 kiloqram narkotik vasitə olan marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, A.Kərimxanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Şəffaflıq.az Geri qayıt |