Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Bakılı milyarderin pullarına həbs qoyuldu - PORTUQALİA MƏHKƏMƏSİNDƏN ŞOK QƏRAR
Bakılı milyarderin pullarına həbs qoyuldu - PORTUQALİA MƏHKƏMƏSİNDƏN ŞOK QƏRAR12-02-2020, 23:06 |
Portuqaliya Ali Məhkəməsi Anqolanın keçmiş prezidenti Eduardo duş Santuşun qızı İzabel duş Santuşun milyardlarla dollar həcmində hesablarına həbs qoyub. Şəffaflıq.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, həyat yoldaşı Sindik Dokolo və şəriki Paulo Oliveyro ilə birgə maliyyə fırıldaqlarında ittiham edilib. Qeyd edək ki, İzabel duş Santuş 1973-cü ildə Bakıda anadan olub. Onun atası Joze Eduardo duş Santuş Bakıda Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (indiki Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb. O, burada Penza sakini, onunla birgə bu ali məktəbdə oxuyan Tatyana Kukanova ilə tanış olur və evlənir. Bu izdivacdan isə İzabel duş Santuş dünyaya gəlir. İzabel Afrikanın ilk qadın milyarderidir. Onun varidatının 3 milyard dollar civarında olduğu bildirilir. Geri qayıt |