Əsas Səhifə > ELM VƏ TƏHSİL > Həftəsonu ilin ikinci Günəş tutulması baş verəcək

Həftəsonu ilin ikinci Günəş tutulması baş verəcək


Bu gün, 11:42


Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, bu, qismən Günəş tutulmasıdır. 

Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünsə də, Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

Şəffaflıq.az


Geri qayıt