Əsas Səhifə > XARİCİ XƏBƏR > Böyük Britaniya hökuməti gələn ildən etibarən İsraildən olan tələbələri nüfuzlu Müdafiə Araşdırmaları Kral Kollecinə qəbul etməmək qərarına gəlib.

Böyük Britaniya hökuməti gələn ildən etibarən İsraildən olan tələbələri nüfuzlu Müdafiə Araşdırmaları Kral Kollecinə qəbul etməmək qərarına gəlib.


Dünən, 22:25


Böyük Britaniya hökuməti gələn ildən etibarən İsraildən olan tələbələri nüfuzlu Müdafiə Araşdırmaları Kral Kollecinə qəbul etməmək qərarına gəlib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə "Telegraph" qəzeti Britaniya Müdafiə Nazirliyinin mətbuat katibinə istinadla xəbər yayıb.

Nazirlik nümayəndəsinin vurğuladığına görə, bu qərar Qəzzada müharibəyə diplomatik yolla son qoymaq zərurəti ilə bağlıdır. Buraya dərhal atəşkəsin elan olunması, girovların geri qaytarılması və anklav əhalisinə humanitar yardımın genişləndirilməsi daxildir.

İsrail Müdafiə Nazirliyinin Baş direktoru Amir Baram bu qərarı "müharibə vəziyyətində olan müttəfiqə qarşı dərin qeyri-loyallıq aktı" adlandırıb.


Geri qayıt