Əsas Səhifə > MALİYYƏ > Azərbaycan Mərkəzi Bankı üç kredit ittifaqına icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı üç kredit ittifaqına icrası məcburi göstəriş veribBu gün, 16:38 |
Azərbaycan Mərkəzi Bankı (AMB) "Ləman", "Stumul" və "İnci Kredo" kredit ittifaqlarına icrası məcburi göstəriş verib. Şəffaflıq.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, kredit ittifaqları 2024-cü ilin kənar auditdən keçmiş maliyyə hesabatlarını təqdim etmədiyindən, "Kredit ittifaqları haqqında" qanunun 17.3-cü maddəsinin tələbi təmin edilməyib. "Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, kredit təşkilatlarından maliyyə hesabatlarının kənar auditdən keçməsi, təsdiqedici sənədlər əlavə edilməklə quruma rəsmi məlumat verilməsi tələb olunub. Geri qayıt |