Əsas Səhifə > MILLI MƏCLİS > Vərəmlə mübarizə qanununa dəyişikliklər edilməsi təklif olunur

Vərəmlə mübarizə qanununa dəyişikliklər edilməsi təklif olunur


Bu gün, 13:59


"Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi vacibdir. 

Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva komitənin bugünkü iclasında deyib. 

Onun sözlərinə görə, sözügedən qanun 2000-ci ildə qəbul edilib: 

"Bu gün ölkədə xüsusilə cəzaçəkmə yerlərində vərəmlə mübarizə tədbirləri dünyada ən yaxşı nümunədir. "Çünki məhkumlar arasında vərəmdən ölüm faizi 1995-ci illə müqayisədə 105 dəfə azalıb. Səhiyyə islahatları nəticəsində ötən il vərəmlə bağlı xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və əlçatanlığının artırılması məqsədilə Ağciyər Xəstəlikləri Mərkəzi yaradılıb. Bununla belə, vərəmlə mübarizəyə dair qanunda əlavə və dəyişikliklərə ehtiyac olduğunu düşünürəm".


Geri qayıt