Əsas Səhifə > İnfrastruktur > "Semaşko"nun arxasındakı metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
"Semaşko"nun arxasındakı metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandıBu gün, 10:48 |
Bakı metrosunda Bənövşəyi xəttin "B-4" stansiyasının tikinti işləri davam etdirilir. Şəffaflıq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib. "Stansiyanın 2026-cı ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub", - deyə o əlavə edib. Qeyd edək ki, Bənövşəyi xətt üzrə B4−B8 stansiyalarının tikintisi Keşlə qəsəbəsinə qədər metro ilə getməyin mümkün olacağı deməkdir. B-4 stansiyası - Bakı metrosunun Bənövşəyi xəttinin hal-hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyasıdır. Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığında yerləşir. (marja) Geri qayıt |